Sumqayıt ərazisində avtoqəza baş verib. Sumqayıt24-ə bu haqda 9 iyun tarixində izləyicilər xəbər verib.
Hadisə gecə saat 02:00 radələrində Sülh prospektində qeydə alınıb. “Chevrolet Cruze” markalı minik avtomobilinin sürücü idarəetməni itirərək bordürə çırpılıb.
Məlumata görə, xəsarət alan olmayıb. Yararsız vəziyyətə düşən nəqliyyat vasitəsi isə evakuatorun köməkliyi ilə ərazidən aparılıb. [modula id="16463"]