Sumqayıtda səkinin üzərinə yerləşdirilən obyekt sakinlərin narazılığına səbəb olub. Bu barədə Sumqayıt24-ün izləyiciləri məlumat veriblər.
Obyekt Sülh küçəsində (“Sputnik” kimi tanınan ərazi) gecə saat 03:00 radələrində qoyulub. Nəticədə burada olan ağaclar kəsilib. Nəzərə alanda ki, bu yoldan minlərlə piyada istifadə edir, məsələnin nə dərəcədə əhəmiyyətli olduğu bəlli olur.
Qeyd edək ki, obyektin kimə məxsus olduğu məlum deyil.