Sumqayıtda gender əsaslı zorakılığa qarşı görüşlər keçiriləcək. Sumqayıt24 bu haqda 25 noyabr tarixində “United Nations in Azerbaijan”-a istinadən xəbər verir.
Məlumat sessiyaları, seminarlar və təqdimatların təşkilində fəal icmalar, müəllimlər, regional nümayəndələr dəstək göstərəcəklər. Mövzular gender əsaslı zorakılıq, femisidlərlə (qadınların və ya qızların sadəcə qadın olmalarına görə qəsdən öldürülmələri) mübarizə və insan hüquqları mexanizmlərini əhatə edir.
Kampaniyanı BMT-nin Azərbaycandakı nümayəndəliyi, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə Gender Hub Azerbaijan və “VarYox” sosial platformaları həyata keçirir.
Tarix: 30 noyabr;
Məkan: Sumqayıtın Tarixi Muzeyi.