Sumqayıtda “Gimnastika hamı üçün” adlı tədbir keçirilib. Bu haqda bu gün, 18 iyul tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər veririk.
Tədbir 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində təşkil edilib. Mərasimdə müxtəlif yaş kateqoriyalarından olan 50-dən artıq idmançı və şəhər sakini gimnastika, rəqs hərəkətlərini yerinə yetirib və fləş-mobda iştirak edib.
Tədbir Gənclər və İdman Nazirliyinin “İdman hamı üçün” layihəsi çərçivəsində təşkil edilib.