Sumqayıtda məktəblilər şairlərlə görüşüblər. Sumqayıt24 bu haqda 21 fevral tarixində xəbər verir.
Beynəlxalq Ana Dili Günü münasibətilə M. Əsədov adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın şagirdləri Poeziya Evini ziyarət ediblər. Onlar qələm adamları İbrahim İlyaslı və Elvin Əlizadə ilə görüşüblər. Tədbirdə müxtəlif şeirlər səsləndirilib.
Görüşün sonunda şagirdlərə kitablar hədiyyə edilib.