Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı müəssisəsində tikinti işləri yekunlaşmaq üzrədir. Bu haqda bu gün, 18 mart tarixində Report-a istinadən xəbər veririk.
Məlumata əsasən, müəssisədə avadanlıqların quraşdırılması işlərinə başlanılıb. Müəssisənin investisiya dəyəri 12 milyon ABŞ dollarıdır. Burada 160-dan çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.