Sumqayıt Gömrük İdarəsində gömrük əməkdaşlarının bilik səviyyələrinin öyrənilməsi məqsədilə yoxlama keçirilib. Bu haqda 9 fevral tarixində Sumqayıt24 xəbər verir.
Məqsəd Dövlət Gömrük Komitəsi tərəfindən hazırlanmış yeni layihələrin, metodiki tövsiyələrin, texnoloji sxemlərin və qəbul edilmiş hüquqi aktların dərindən öyrənilməsi, düzgün tətbiq edilməsi istiqamətində əməkdaşların bilik səviyyələrinin müəyyən olunmasıdır.
Əldə edilən nəticələr əməkdaşların fəaliyyətlərinin düzgün, ədalətli qiymətləndirilməsi ilə yanaşı, gömrük işinin daha səmərəli şəkildə təşkilinə şərait yaradacaq.