Sumqayıt Baş Gömrük İdarəsinin əməkdaşları könüllü qanvermə aksiyasında iştirak ediblər. Bu haqda 9 fevral tarixində Sumqayıt24 xəbər verir.
“Qan ver, ümid ol” aksiyası “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə təşkil olunub.
Xeyriyyə aksiyasında Sumqayıt Baş Gömrük İdarəsinin işçiləri ilə yanaşı, Dövlət Gömrük Komitəsi, Bakı Baş Gömrük İdarəsi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Əməliyyat və İstintaq Baş İdarəsi, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi və Mərkəzi Gömrük Hospitalının əməkdaşları olmaqla ümumilikdə 158 nəfərdən çox gömrükçü qan verib.
Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.