Sumqayıtda görkəmli bəstəkar Fikrət Əmirovun 100 illik yubileyi qeyd olunub. Sumqayıt24 bu haqda 15 iyun tarixində DünyaTV-yə istinadən xəbər verir.
“28 May” Mədəniyyət Evində baş tutan tədbir İrsimizin Tədqiqi və Təbliği İctimai Birliyi tərəfindən təşkil olunub. Burada çıxış edənlər Fikrət Əmirovun həyat və yaradıcılığından, Azərbaycan musiqisinə verdiyi tövhələrdən söz açıblar.
Qeyd olunub ki, bəstəkarımızın musiqisi Amerikada məşhur dirijorların repertuarlarına daxil edilib.