Görkəmli dövlət xadimi, alim Həsən Həsənov Sumqayıt Dövlət Universitetində (SDU) olub. Bu haqda 30 yanvar tarixində Sumqayıt24 xəbər verir.
İlk öncə SDU-nun rektoru dosent Rüfət Əzizov qonağı salamlayıb, onu rəhbərlik etdiyi ali təhsil ocağında görməyindən məmnun olduğunu bildirib.
Rektor böyük elmi-tədqiqat potensialı olan universitetin qarşısındakı hədəflər və ona gedən yolda atılan addımlar barədə qonağa geniş məlumat verib.
Görüşdə Həsən Həsənovla müasir Azərbaycan tarixi, Azərbaycan tarixinin tədrisi metodikası, təhsildə Azərbaycan tarixinin tədrisi vəziyyəti, tarixin tədrisinə yeni yanaşmalar haqda məsələlər müzakirə edilib.
Ziyarətin sonunda Həsən Həsənov SDU-nun Heydər Əliyev Mərkəzinə baxış keçirib.