Sumqayıtda əsən güclü külək fəsad törədib. Bu haqda 6 fevral tarixində Sumqayıt24 Apa.az-a istinadən məlumat verir.
Ötən gündən başlayan küləyin güclənməsi nəticəsində “Saray körpüsü”nün qoruyucu çəpərləri uçub.
Sumqayıt şəhər İcra Hakimiyyətindən bildirilib ki, hadisə baş verən ərazidə qəza şəraiti yaradan uçmuş çəpərlər götürülüb, külək kəsdikdən sonra qoruyucu çəpərlər bərpa olunacaq.