Yunan-Roma güləşçisi İslam Abbasov Prezidentlə görüşündən təəssüratları ilə bölüşüb. Sumqayıt24 bu haqda Report-a istinadən xəbər verir.
Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Avropa çempionatında bürünc medal qazanan Sumqayıt güləş məktəbinin yetirməsi Abbasovun sözlərinə görə, İlham Əliyev çempionat haqqında ətraflı məlumat verdikdən sonra hamı ilə tək-tək görüşüb: “Mənə çatıb salam verəndə əlimi möhkəm sıxdı. Dedi ki, yadımdadır, Qubadlıda mənə söz vermişdin, səni təbrik edirəm".
Son olaraq, idmançımızın “Yadınızda qalmışam?” sualına, Prezident “Elə şey olar, çıxışlarını izləyirəm” deyə cavab verib.