Sumqayıtda “Günəşim” kukla teatrında uşaqları əyləndirəcək tamaşalar nümayiş olunacaq. Bu haqda teatrın rəsmi İnstagram səhifəsinə istinadən xəbər veririk.
30 yanvar, saat 11:00-da kiçik izləyicilərimizi “Qırmızı papaq” qarşılayacaq. Daha sonra saat 13:00-da “Tıq-tıq xanım”, saat 15:00-da isə yenidən “Qırmızı papaq”, lakin bu dəfə rus dilində tamaşaçılara təqdim olunacaq.
Biletlərin qiyməti 3 manatdır. Biletə həmçinin hədiyyəli oyun və əyləncəli yarışma daxildir.
Qeyd edək ki, “Günəşim” kukla teatrı Gənclər evində (5-ci mikrorayon, 15 nömrəli məkrəbin arxa tərəfi) yerləşir. Əlaqə nömrəsi: (077) 767-12-72.