Sumqayıtda “Mənim tanrım gözəllikdir, sevincdir!” adlı tədbir keçirilib. Sumqayıt24 bu barədə 10 dekabr tarixində DünyaTV-yə istinadən xəbər verir.
H. Cavidin 140 illiyi ilə əlaqədar təşkil olunan tədbir N. Gəncəvi adına Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində baş tutub. Çıxış edənlər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsinin həyat və yaradıcılığından bəhs ediblər. Daha sonra ədəbi-bədii kompozisiya nümayiş olunub. Dahi şairin əsərlərindən parçalar səsləndirilib, videoçarxlar nümayiş olunub.