Nərimanov Rayon Polis İdarəsinə 3 nəfərin Bakı şəhər sakininə məxsus telefonu hədə-qorxu yolu ilə alması barədə məlumat daxil olub. Bu haqda Sumqayıt24 AZƏRTAC-a istinadən xəbər verir.
Nəticədə, polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı qeyd olunan cinayəti törətməkdə şübhəli bilinən Sumqayıt sakini G.Cəfərov və paytaxt sakinləri A.Mineyev ilə O.Aslanov saxlanılıblar.
Hazırda, faktla bağlı Rayon Polis İdarəsində araşdırma aparılır.