H.Z. Tağıyev qəsəbəsində istirahət guşəsi təmir olunur. Bu haqda 15 dekabr tarixində Sumqayıt24 xəbər verir.
İşlər Xətai küçəsində yerləşən Mikayıl Müşfiq adına parkda aparılır. Ərazidə ağaclar budanıb, səkilər və oturacaqlar yenilənir, işıq dirəkləri quraşdırılır. Bundan əlavə, yaxınlıqda olan Hacı Zeynalabdin bulağı da təmir-bərpa ediləcək.
Əldə olunan məlumata görə, işlərin 2 ay ərzində bitməsi planlaşdırılır. [modula id="28771"]