Sumqayıt şəhərində qurumuş ağac yaşayış binasının üzərinə aşıb. Sumqayıt24 bu barədə 11 avqust tarixində Oxu.az-a istinadən xəbər verir.
Hadisə H.Z.Tağıyev qəsəbəsində qeydə alınıb. Nəticədə binanın ikinci mərtəbəsindəki mənzilin pəncərəsi qırılıb.
Sakinlərin sözlərinə görə, qəsəbə ərazisində bu kimi təhlükəli ağacların sayı təqribən 100-ə qədərdir. Bu isə daim təhlükə ilə üz-üzə olmaq deməkdir.