Abşeron - Xızı regional təhsil idarəsinin müdiri Sumqayıtda qəbul keçirəcək. Sumqayıt24 bu haqda bu gün, 1 iyun tarixində idarəyə istinadən xəbər verir.
Müdir İlhamə Abdullayeva 3 iyun tarixində H.Z. Tağıyev qəsəbə sakinləri ilə görüşəcək. Vətəndaşlar 2 iyun saat 18:00-dək təhsil idarəsinin (018) 64-2-01-59 nömrəli telefonuna və rəsmi “Whatsapp” xidmətinə (055-974-83-96) müraciət edərək qəbula yazıla bilər.
Qeyd edək ki, vətəndaş qəbulu 6 nömrəli məktəbdə baş tutacaq.