Sumqayıtda ahıl kişi qəza nəticəsində ölüb. Sumqayıt24 bu haqda 25 yanvar tarixində Report.az-a istinadən xəbər verir.
Hadisə yanvarın 24-də Bakı-Quba-Dağıstan sərhəd avtomobil yolunun H.Z. Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. 66 yaşlı Bəhram Babayev idarə etdiyi “QAZ-330210” markalı yük maşını ilə yolu keçən 83 yaşlı Adil Gülmalıyevi vurub. Nəticədə piyada hadisə yerində keçinib.
Faktla bağlı Cinayət Məcəlləsinin “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda” maddəsi ilə cinayət işi başlanılıb. İstintaq aparılır.