H.Z. Tağıyev qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 2 yanvar tarixində Sumqayıt24 Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Hadisə dekabrın 31-i günorta saatlarında qeydə alınıb. Qobustan rayon sakini K.Dəmirov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb.
Sürücü aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb, 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.