H.Z. Tağıyev qəsəbəsində top mərmisi aşkar edilib. Bu haqda 15 mart tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
Qəsəbə ərazisində polis əməkdaşları 1 ədəd 122 mm-lik partlamamış top mərmisi tapıblar.
Aparılan təhlükəsizlik tədbirlərindən sonra sursat Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin çevik qrupuna təhvil verilib.