Sumqayıtda fəaliyyət göstərən səhiyyə mərkəzində günlərlə vətəndaş sıxlığı müşahidə olunur. Bu haqda 8 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Söhbət 3 nömrəli şəhər poliklinikasından gedir. Sakinlərin sözlərinə görə, icbari tibbi sığorta ilə əməkdaşlıq edən həkimlərin qəbuluna düşmək müşkül məsələyə çevrilib.
“Xəstəxanaya gəlib-getsək də, qəbula günlərlə düşə bilmirik. Demək olar ki, bütün həkimlərdə eyni durumdur. Pasiyentlərə aqressiv münasibət göstərirlər. Hər sahə üzrə yalnız 1 həkim qəbul edir. Dəhlizlər isti, içməyə adi su dispenseri belə yoxdur. Hər il tibb universitetinin yüzlərlə tələbə bitirir. Xəstələrin say çoxluğunu, sıxlığı nəzərə alıb 2-3 həkim ayırmaq lazımdır”, – deyə şikayətçilər bildiriblər.