Sumqayıtda “Diabetik retinopatiya” mövzusunda seminar keçirilib. Sumqayıt24 bu haqda 2 iyul tarixində şəhər Tibb Mərkəzinin sosial şəbəkə hesabına istinadən xəbər verir.
Maarifləndirici görüş 1 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsində təşkil olunub. Tibb ocağının həkim-oftalmoloqu Nailə Hüseynova geniş təqdimatla çıxış edib. O bildirib ki, diabetik retinopatiya şəkərli diabet zamanı gözün tor qişasının damarlarının zədələnməsi nəticəsində baş verən хəstəlikdir. Bu isə, öz növbəsində, görmə qabiliyyətinin aşağı düşməsinin əsas səbəbidir: “Hamiləlik zamanı diabetik retinopatiyanın inkişafı tezləşə bilər. Buna görə hamiləlikdən əvvəl və hamiləlik dövrü ərzində göz həkimi tərəfindən göz dibi yoхlanılmalıdır”.
Daha sonra Hüseynova xəstəliyin aşkar edilməsi üçün tətbiq olunan müayinə üsullarından və müalicə yollarından danışıb. Sonda isə həkimləri maraqlandıran suallar cavablandırılıb.