Boks üzrə 2 qat Avropa çempionu olan gənc Sumqayıtda, küçədə səfil kimi təkərlərin arasında yaşayır. Sumqayıt24 bu haqda Baku.WS-ə istinadən xəbər verir.
Hamının dəli və manyak kimi tanıdığı Elşən Əliyev, məlumata görə illər öncə mübahisədə iştirak edərkən başından zərbə alıb. Ondan sonra o havalanıb və özünü idarə edə bilmir. Bu amil, Elşəni ailəsindən də uzaqlaşdırıb.
Qeyd edək ki, bu vəziyyəti aydınlaşdırmaq məqsədilə "Elgizlə izlə" verilişində xüsusi buraxılış yayımlanacaq.