Sumqayıtda “Dibçək rəngləmə” üzrə master-klas keçiriləcək. Bu haqda 4 avqust tarixində Sumqayıt24 xəbər verir.
Ustad dərsində iştirak etmək üçün heç bir ləvazimat və xüsusi qabiliyyət tələb olunmur, yaş məhdudiyyəti isə yoxdur. İştirakçılar dibçəkləri 90 dəqiqə ərzində istədikləri mövzularda rəngləyə bilərlər. Öncədən qeydiyyatdan keçmək mütləqdir.
Tarix: 7 avqust;
Vaxt: 14:00-16:00;
Məkan: “Sunny cafe” ("Göyərçin" abidəsindən aşağı düşdükdə);
Ödəniş: 1 nəfər üçün 15, 2 nəfər üçün isə 20 manat;
Əlaqə nömrəsi: (051) 609-88-91.