Sumqayıtda ödənişsiz hüquqi yardım xidmətləri göstəriləcək. Bu haqda bu gün, 16 iyul tarixində UNDP Azərbaycana istinadən xəbər veririk.
Yardım həssas əhali qruplarından olan şəxslər üçün nəzərdə tutulub. Maraqlanan şəxslər 15 iyul - 15 dekabr tarixləri aralığında Qadın Resurs Mərkəzlərinə müraciət edə bilərlər.
Ünvan: Sumqayıt şəhəri, 5-ci mikrorayon, Gənclər evi (2-ci mərtəbə);
Əlaqə nömrəsi: (051) 230-44-48.