Sumqayıt çimərliklərinə insan axını başlayıb. Sumqayıt24 bu haqda 16 iyun tarixində xəbər verir.
Havaların isti, lakin küləkli keçməsinə baxmayaraq çox sayda insan dənizə axın edib. Kimisi futbol və voleybol oynamaq, kimisi isə qızmar günəşin altında D vitamini almaq üçün gəlib buraya. Baş verə biləcək xoşagəlməz hadisələrin qarşısını almağa hazır olan xilasedicilər də vəziyyəti nəzarətdə saxlayır.
Sakinlərin sözlərinə görə, pandemiyadan sonra yenidən, rahat şəkildə göy Xəzərin sahilində istirahət edə bilmələri sevindirir. Qeyd edək, bu il şəhərimizə təşrif buyuran xarici turistlərin də sayında artım var. Onlar ölkəmiz və Sumqayıtımızdan məmnum qaldıqlarını dilə gətirirlər.