Dövlət Ekoloji Təhlükəsizlik Xidməti şəhərimizdə yoxlama keçirib. Sumqayıt24 bu haqda 26 iyul tarixində Eco.gov.az-a istinadən xəbər verir.
Monitorinq və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı “SV Beach”, “Sevgilim” və “Sultan” adlı ictimai iaşə obyektlərindən havaya normadan artıq tullantıların atıldığı müəyyən olunub.
Faktlarla bağlı sözügedən obyektlərin sahibləri cərimələniblər.