Sumqayıt ədəbi mühitində özünəməxsus yeri olan İbrahim İlyaslının yubileyidir. Bu haqda 10 mart tarixində Sumqayıt24 xəbər verir.
Əli Kərim adına Poeziya evinin direktoru, görkəmli şair, tərcüməçi, ictimai xadim, Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Poeziya Seksiyası"nın rəhbəri İbrahim İlyaslının bu gün 60 yaşı tamam olur.
Qeyd edək ki, o, Prezident təqaüdçüsü (1999), AYB-nin (1998) üzvü, “Türk Edebiyyatı Vakfı”nın Fəxri üzvüdür. İbrahim İlyaslı "Mahmud Kaşqari Medalı" ilə təltif edilib. İbrahim İlyaslı “Tərəqqi” medalçısı, "Şahmar Əkbərzadə mükafatı"nın laureatıdır. Onun "Şair olmaq zülmdü" adlı şeirlər kitabı Mədəniyyət Nazirliyinin "Qızıl Kəlmə" mükafatına layiq görülüb. Şeirləri Türkiyədə, Rusiyada, Özbəkistanda və Qazaxıstanda nəşr olunmuş "Çağdaş Azərbaycan poeziyası" antologiyalarına daxil edilib.