Saray qəsəbəsində həyətyanı sahədə yanğın baş verib. Bu haqda 30 iyun tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər veririk.
Hadisə zamanı burada yığılan 5 ton ot bağlamasının 4 tonu yanıb. Əraziyə cəlb olunan FHN əməkdaşları tərəfindən ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər mühafizə olunub. Alov söndürülüb.