Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində yağan leysan xarakterli yağış kəsilib.
Sumqayit24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Gecə saatlarında şimal-qərb küləyinin maksimal sürəti 28 m/s-dək güclənib, səhər saatlarında isə 20 m/s-dək zəifləyib. Düşən yağıntının miqdarı 5 mm-dək olub.
Havanın minimal temperaturu 9 dərəcəyədək isti qeydə alınıb.