Şəhid Şəhriyar Quliyevin ailəsi ziyarət olunub. Sumqayıt24 bu haqda bu gün, 19 fevral tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Heydər Əliyev Mərkəzinin kollektivi şəhidin ailəsinə baş çəkib, qayğıları ilə maraqlanıb, maddi-mənəvi dəstək göstəriblər.
Şəhriyar Quliyev Vətən müharibəsinin ilk gündündən döyüşlərdə iştirak edib. O, Cəbrayıl, Füzuli, Hadrut və Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə şücaətlə vuruşub. Şəhriyar 23 oktyabr tarixində Qubadlıda şəhidlik zirvəsinə ucalıb. O, Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanında dəfn olunub.
Quliyev ölümündən sonra “Vətən uğrunda”, ”Cəbrayılın azadlığı uğrunda", "Füzulinin azadlığı uğrunda" və "Xocavəndin azadlığı uğrunda" medalları ilə təltif olunub.
.