Sumqayıtda “Heydər parkı”nın önündəki yol qəza təhlükəsi yaradır. Bu haqda Sumqayıt24-ün izləyiciləri xəbər verib.
Bizə verilən məlumata görə, həmin ərazini su basıb və 1 həftəyə yaxındır ki, axşam və səhər saatlarında yol örtüyünü buz bağlayır. Artıq bir neçə sürücü, sürüşmə səbəbindən idarəetməni itirərək təhlükəli anlar yaşayıblar.
Ehtimal olunur ki, ərazidə olan suyun mənbəyi partlamış borudur. [modula id="8461"]