Sumqayıtda dövlət-biznes tərəfdaşlığı formatında dəyirmi masa keçirilib. Bu barədə 21 oktyabr tarixində İH-yə istinadən xəbər veririk.
Tədbir Heydər Əliyev Mərkəzində baş tutub. Dəyirmi masa investisiya layihələrinin “Tik-idarə et-təhvil ver” modelinə uyğun nəzərdə tutulan işlərin xüsusiyyətlərinə dair təşkil olunub. Burada şəhər İH-nin məsul əməkdaşlarının, Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin direktorunun və mərkəzin əməkdaşlarının birgə iştirakı ilə fikir mübadiləsi aparılıb.