Sumqayıtda “Şuşa İli” çərçivəsində sərgi keçirilib. Sumqayıt24 bu barədə 12 noyabr tarixində xəbər verir.
“Qarabağın tacı - Şuşa” adlı peşəkar rəssamların rəsm və dekorativ - tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi Heydər Əliyev Mərkəzində baş tutub. Burada Sumqayıt, Şuşa, Xızıdan olan ümumilikdə 33 sənət adamının 80-dən çox rəsm, əl işləri və xalq tətbiqi sənət nümunələri nümayiş olunub.
Tədbir Sumqayıt Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə həyata keçirilib.