Zülfü Hacıyev küçəsində yol qəzası baş verib. Bu haqda bu gün, 6 iyul tarixində Sumqayıt24 xəbər verir.
Məlumata əsasən, Heydər Əliyev parkının yaxınlığında “Mercedes Vito” ilə “Mercedes E-class” markalı avtomobillər toqquşub.
Hadisə şahidlərinin sözlərinə görə, “Mercedes Vito”-nun sürücüsü sürət həddini aşaraq idarəetməni itirib və öndə gedən avtomobilə çırpılıb.
Xəsarət alan olmayıb. Avtomobillərə yüngül ziyan dəyib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.