Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Sumqayıt24 bu barədə 31 oktyabr tarixində xəbər verir.
Qəza Heydər Əliyev prospektində, Sumqayıt Tibb Mərkəzinin qarşısında saat 17:15 radələrində qeydə alınıb. “Mercedes” və “Opel” markalı nəqliyyat vasitələri toqquşub. Hadisə nəticəsində xəsarət alan olmayıb.