Sumqayıtda “Yaşayan və yaşadan lider” adlı ədəbiyyata baxış sərgisi keçirilib. Bu haqda 7 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Mərkəzi Uşaq Kitabxanasında ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı sərgi təşkil edilib. Onun əvəzsiz xidmətlərindən bəhs edən, eyni zamanda respublikamızın ictimai-siyasi, sosial, iqtisadi, elmi, mədəni həyatındakı hadisələri əks etdirən kitablar və dövri mətbuat materialları təqdim olunub.
Onlar “Heydər Əliyevin ədəbi irsi”, “Heydər Əliyev və azərbaycançılıq”, “Heydər Əliyev və mədəniyyət”, “Heydər Əliyev obrazı bədii ədəbiyyatda” başlıqları altında qruplaşdırılıb.