Heydər parkında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə şikayət daxil olub. Sumqayıt24 bu barədə Apa.az-a istinadən xəbər verir.
Xidmət rəsmisi Fərid Piriyev bildirib ki, məsələ ilə bağlı araşdırma aparılıb. Məlum olub ki, quru və qəzalı vəziyyətdə olan həmin ağaclar Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəyinə əsasən, Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsi tərəfindən götürülüb və yerinə yeni ağaclar əkilib.