Heydər Parkında “Bayraqdar” intellektual oyunu keçirilib. Bu haqda bu gün, 20 may tarixində Heydər Əliyev Mərkəzinə istinadən xəbər veririk.
“Şuşa ili”nə həsr edilmiş oyunda Sumqayıt Regional Asan Xidmət Mərkəzinin “Şuşa” komandası 1-ci, Gənclərin İnkişaf və Karyera Mərkəzinin “Supernova” komandası 2-ci, Sumqayıt Dövlət Texniki Kollecinin “Zəfər" komandası isə 3-cü yerə layiq görülüblər.
Qalib komandalar Fəxri fərman, medal və hədiyyələrlə təltif ediliblər.
Gərgin və maraqlı keçən oyunda müxtəlif gənclər təşkilatlarını təmsil edən ümumilikdə 50-ə yaxın gənc iştirak edib.