AQTA Sumqayıt şəhərində fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqəsində yoxlama keçirib. Bu haqda 11 oktyabr tarixində Sumqayıt24 AQTA-ya istinadən məlumat verir.
Monitorinq zamanı şəhərin 17-ci mikrorayonunda yerləşən məntəqədə nöqsanlar aşkar olunub.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan obyekt barəsində inzibati protokol tərtib edilib.