Sumqayıtda “Hüquq bərabərliyi” mövzusunda seminar keçirilib. Bu haqda bu gün, 10 iyun tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər veririk.
Tədbir Sumqayıt şəhərinin Tarixi Muzeyində təşkil edilib. Burada ölkəmizdə insan, vətəndaş hüquq və azadlıqlarının qorunmasından, məqsədyönlü tədbirlərin uğurla həyata keçirilməsindən danışılıb. Sonda seminar iştirakçıları tərəfindən səsləndirilən suallar cavablandırılıb.