Heydər Əliyev Mərkəzində 18-19 dekabr tarix "I Sumqayıt Karyera Sərgisi" həyata keçirilib. Bu haqda Sumqayıt Gənclər Evi məlumat yayıb.
Sərgidə 30-a yaxın şirkət və dövlət müəssisəsi iştirak edib. Burada qonaqlar şirkətlərin və müəssisələrin vakansiyaları ilə tanış olublar. İştirakçılar özlərinə uyğun vakansiyalara müraciət ediblər.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov və Milli Məclisinin millət vəkilləri Tahir Mirkişili, Hicran Hüseynova, İlham Məmmədov və Ceyhun Məmmədov, həmçinin Müşviq Məmmədli və Emin Hacıyevdə iştirak ediblər.
Sərgi Sumqayıt şəhər Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Sumqayıt Gənclər evinin və Palıd Şirkətlər Qrupunun birgə təşkilatçılığı ilə keçirilib.