"Karyeram" layihəsi çərçivəsində baş tutacaq "Əsas kompüter bacarıqları" adlı təlim 21 avqust tarixində keçiriləcək. Təlimi Gənclərin İnkişaf və Karyera Mərkəzi təşkil edir.
Hazırda "A2Z advisors" şirkətində senior İT mütəxəssisi vəzifəsində çalışan Pərvin Əsədov təlimçi qismində iştirak edəcək.
Görüş saat 16:00-da Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzidə baş tutacaq. Öncədən qeydiyyatdan keçmək mütləqdir.