Sumqayıt şəhərində təhsilverənlərin sertifikatlaşması prosesi ilə bağlı görüş keçirilib. Bu haqda bu gün, 16 iyul tarixində Abşeron-Xızı Regional Təhsil İdarəsinə istinadən xəbər veririk.
Tədbir 1 nömrəli məktəbdə təşkil edilib. İbtidai sinif müəllimlərinə qiymətləndirmə çərçivəsi izah olunub, imtahanın məzmunu və təşkili qaydaları ilə bağlı ətraflı məlumat verilib. Tədbirin sonunda müəllimləri maraqlandıran suallar cavablandırılıb.
Görüşdə Abşeron-Xızı RTİ-nin müdiri İlhamə Abdullayeva, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin əməkdaşı Tükəzban Quliyeva və Təhsil İnstitutunun əməkdaşı Vəfa Məmmədova iştirak ediblər.