21 nömrəli məktəbdə ibtidai siniflərdən pul yığıldığı iddia olunur. Narazı valideynlər bu barədə Sumqayıt24-ə xəbər veriblər.
İddiaya görə, təhsil ocağının rəhbəri bildirib ki, daha çox pul yığan siniflərin şagirdləri dərslərə səhər növbəsində gələ biləcəklər. Bir uşaq üçün “güzəşt haqqı” isə nə az, nə çox - 20 manat müəyyən edilib.
“3-4-cü siniflərdən bugünkü gün də pul yığılır. Halbuki hələ məktəblər açılmayıb”, - müraciət edən valideynlər əlavə ediblər.