İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Sumqayıtda vətəndaş qəbulu keçirib. Bu haqda 15 mart tarixində Sumqayıt24 xəbər verir.
Görüş Sumqayıt Tibb Mərkəzində (STM) təşkil olunub. Burada 77 vətəndaşın müraciətinə baxılıb. Bir sıra məsələlər yerində həll olunub. Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.