İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Sumqayıtda vətəndaş qəbulu keçirəcək. Bu haqda 27 fevral tarixində Sumqayıt24 Report.az-a istinadən xəbər verir.
Qəbul martın 15-i saat 10:00-da başlayacaq. Görüşə Sumqayıt şəhər və Qubadlı rayon sakinləri müraciət edə bilərlər.