İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi çərçivəsində Sumqayıt şəhərində fealiyyət göstərən tibbi müəssisələrinin sayı 3-ə çatıb. Bu haqda bu gün, 6 may tarixində adıçəkilən quruma istinadən xəbər veririk.
TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə vətəndaşlar “Sumqayıt Hospital” (Çerkassi küçəsi 181), “Unikal Klinika” (Bakı küçəsi 37, 44-cü məhəllə) və “Liman Klinika”-sına (6-cı mkr, H.Salayev küçəsi 35A-35B) müraciət edə bilərlər.
Vətəndaş verilən göndəriş vərəqəsi əsasında özəl tibb müəssisəsinə müraciət edə bilər. Göndəriş vərəqəsi olmadığı təqdirdə o, tibbi xidmətdən öz vəsaiti hesabına yararlanacaq.