Sumqayıt şəhər icra hakimiyyətinin başçısı qəbul keçirib. Sumqayıt24 bu haqda DünyaTV-yə istinadən məlumat verir.
Bu dəfə səyyar görüş 6-cı mikrorayonda təşkil edilib. Burada icra başçısı Zakir Fərəcov, onun müavinləri, aparatın məsul işçiləri, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Qəbul zamanı vətəndaşların müraciət, təklif və şikayətləri dinlənilib. Onları narahat edən problemlərin bir qismi yerindəcə həll edilib, qalan məsələlərlə bağlı isə müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.
Daha sonra isə Zakir Fərəcov 27 nömrəli məktəbdə yaradılan şəraitlə tanış olub.